CNG (STQ) HAQQINDA

car

STQ (Sıxılmış Təbii Qaz), Beynəlxalq miqyasda CNG (Compressed Natural Gas) adlanır və təbii qazın yüksək təzyiqdə, yəni 200-250 barda kompressorlarla sıxlaşdırılan halıdır. Sıxılmış təbii qazın tərkibindəki əsas maddələr – metan 80-96 faiz, etan 2-10 faiz, propan 5 faizə, butan 5 faizə qədərdir. STQ (CNG)-nin oktan rəqəmi isə təxmini 120-125-ə bərabərdir.

STQ (CNG)-nin maye qazdan (yəni LPG) fərqli xüsusiyyətlərindən biri də onun qaz halında çənə vurulmasıdır. Dünyada STQ (CNG)-nin mühərrik yanacağı kimi yayılmasının əsas səbəblərindən biri də ekoloji baxımdan ənənəvi yanacaqlardan fərqli olaraq tərkibində zəhərli tullantıların miqdarının daha az və qiymətinin daha ucuz olmasıdır. Belə ki, ənənəvi yanacaqlardan fərqli olaraq STQ (CNG)-nin istifadəsi zamanı dəm qazı (CO) miqdarı 90 faiz, CO2 təxmini 24 faiz daha azdır.

STQ (CNG)-nin tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır. Hal-hazırda dünya miqyasında STQ (CNG) digər yanacaq növləri ilə müqaisədə alternativ mühərrik yanacaq növü kimi olduqça aktiv tətbiq olunmaqdadır. Beynəlxalq təcrübəyə nəzər salsaq, STQ (CNG)-ın ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Çin, Hindistan, Rusiya, Argentina, ABŞ, Italia, Avstriya, Almaniya və digər Avropa ölkələridir.

YUXARI