FLEETSTOCK GROUP
“Fleetstock” şirkəti rəsmi olaraq 2006-cı ildən Azərbaycanda qeydiyyatdan keçmişdir və bu müddət ərzində öz fəaliyyətini Qazaxstan, Gürcüstan, ABŞ və Litvada genişləndirərək ölkəmizi dünyada qururla təmsil etməkdədir. Şirkətimiz industrial sahədə xidmət və məhsullarını təqdim edir və bu sahədə yüksək səriştə və etimad qazanmışdır. “Fleetstock Group of Companies” ümumilikdə 21 nəhəng istehsalçı və markanı öz portfoliosunda təmsil edir. Bu profillərdən biri də MetanGas Metan-Qaz Sistemləridir. Məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməklə onların qənaət etmələrini, təhlükəsizliklərini təmin etmək və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında Fleetstock şirkəti olaraq bir fayda verməkdir.